“Ermənistanın işğalçılıq siyasətini qətiyyətlə pisləyirik” - Şimali Kiprin Baş Naziri

15:26 04.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Ermənistanın işğalçılıq siyasətini qətiyyətlə pisləyirik. Azərbaycanlılar türkiyəlilər qədər bizə doğmadır”.

Bunu Şimali Kipr Türk Cümhuriyyətinin Baş Naziri Ersin Tatar CNN TÜRK-ə müsahibəsində deyib.

“Azərbaycanın işğal altında olan tarixi torpaqlarının tez bir zamanda  azad edilməsini istəyirik. Biz haqlı mübarizələrində azərbaycanlı qardaşlarımızın yanındayıq”, - deyə E. Tatar bildirib.

Baş Nazir Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulmasını da pisləyib.

O qeyd edib ki, Ermənistan təcavüzkar hücumları ilə regionda sülhün, sabitliyin pozulmasına səbəb olaraq təhlükəli vəziyyət yaradır.